23 
Apr
2016
12:51
363
54
14944
Virtual karabakh

“İzvestiya”: Lavrovla Sarkisyan arasında görüş çox gərgin keçib

23 Apr, 2016
12:51
14944

“İzvestiya”: Lavrovla Sarkisyan arasında görüş çox gərgin keçib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Dağlıq Qarabağ mövzusu ağrılı mövzudur”.

Daha öncə Rusiya XİN-də Yerevana Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair plan gətirəcəyini bəyan edilmişdi. Amma danışıqların yekununa dair rusiyalı nazir Sergey Lavrov bildirdi ki, atəşkəs haqqında 1994-cü və 1995-ci illərdə əldə edilmiş müddətsiz xarakterli razılaşmalara riayət etmək lazımdır. 

Oxu.Az xəbər verir ki, bu barədə Rusiya XİN rəhbərinin Ermənistana səfərini şərh edən Rusiyanın dövlət qəzeti “İzvestiya” yazır

Qəzetin diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, Lavrovla Sarkisyan arasında görüş çox gərgin keçib.

 “Bu, təəccüblü deyil, Dağlıq Qarabağ mövzusu bütün Ermənistan əhalisi üçün ağrılı mövzudur”, - nəşr şərh edib. 

Rusiyanın Yerevandakı səfirliyindən “İsvestiya”ya verilən məlumata görə, Ermənistanda işləmək çox çətin olub:

“Bu, Moskvanın artıq mövqeyini təbliğ etmək üçün erməni QHT-lərini maliyyələşdirməməsi ilə izah edilir. Bununla yanaşı, ABŞ fəal şəkildə Ermənistanda müxalifət KİV-ni maliyyələşdirmək hesabına öz maraqlarını təbliğ edir. 

- İşləmək çox çətin olub. ABŞ-ın erməni müxalifətini maliyyələşdirməklə adi vətəndaşları Rusiyaya qarşı necə çevirdiyi hamıya məlumdur. Əgər əvvəllər Rusiya yalnız etimad əsasında işləyirdisə, indi bu, mümkün deyil.

Onlar 4 günlük müharibədə əzizlərini, yaxınlarını itiriblər. Rusiyanın həm Azərbaycana, həm də Ermənistana silah satdığını bilən sadə ermənilər Rusiyaya ehtiyatla yanaşmağa başlayıblar”, - Rusiya səfirliyindən bildiriblər.

Bununla yanaşı, “İzvestiya” tərəfindən aparılan sorğuda Ermənistan sakinləri KİV-də Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair Rusiya planı barədə şayiələrdən narahat olduqlarını bildiriblər. Şayiələrə görə, bu plana muxtar respublikanın ərazisinə sülhməramlıların daxil edilməsi, eləcə də yeddi neytral ərazinin Azərbaycana qaytarılması daxildir. 

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri