29 
May
2016
09:38
17
350
18748
Virtual karabakh

Yaraqlılar Türkiyə “Kipri”sini partlatdılar - VİDEO

29 May, 2016
09:38
18748

Yaraqlılar Türkiyə “Kipri”sini partlatdılar - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hadisə Hakkari əyalətində baş verib.

Türkiyənin cənub şərqində Hakkari əyalətində kürd yaraqlıları Türkiyəyə məxsus MRAP tipli zirehli “Kipri” avtomobilini partladıblar.

Oxu.Az xəbər verir ki, məlumata əsasən, hadisə 18 may 2016-cı ildə baş verib.

Terror aktının video görüntüsü Youtube portalında Gerîlla TV kanalında yerləşdirilib.

Qeyd edək ki, 4x4 təkər formullu “Kipri” zirehli maşını Türkiyənin BMC Otomotiv ve Savunma Sanayi şirkəti tərəfindən istehsal olunur.

2010-2015-ci illər ərzində Türkiyə Silahlı Qüvvələrinin istifadəsinə 620 “Kipri” maşını verilib, daha 20 avtomobil isə Tunisə ixrac edilib.

“Kipri” zirehli avtomobilləri Türkiyə ordusu tərəfindən ölkənin şərq regionlarında kürd yaraqlılarına qarşı əməliyyatlarda istifadə olunur.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri