22 
İyl
2016
22:34
83
243
20924
Virtual karabakh

Münhendə atışma: Ölənlər var - YENİLƏNİB + FOTO + VİDEO

22 İyl, 2016
22:34
20924

Münhendə atışma: Ölənlər var - YENİLƏNİB + FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Münhen təcili tibbi yardım xidməti şəhərin bir neçə yerində atışma baş verməsi barədə məlumat yayıb.

Oxu.Az “Daily Star” qəzetinə istinadən xəbər verir ki, silahlı hücumlardan biri “Marienplaç” metro stansiyasında baş verib. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları insanları metro stansiyasından təxliyyə etməyə çalışırlar.  

“N24” telekanalı daha bir atışmanın “Karlsplatç” meydanında baş verdiyini bildirib. Əraziyə çoxlu sayda polis cəlb edilib. Asayiş keşikçiləri insanlara atəş açmış şəxsin axtarışına başlayıblar.

Qeyd edək ki, bundan əvvəl Münhenin “Olimpiya” ticarət mərkəzində baş verən atışma zamanı 15 nəfər öldüyü bildirilir.

20:49

Almaniyanın Münhen şəhərinin ticarət mərkəzlərinin birində naməlum şəxs insanlara atəş açıb.

Bu barədə Oxu.Az BBC News nəşrinə istinadən xəbər verir.

İlkin məlumata əsasən, hücum zamanı 15 nəfər həyatını itirib.

Bildirilir ki, ticarət mərkəzinin ətrafı mühasirəyə alınıb. 

Yerli hüquq-mühafizə xidmətlərinin əməkdaşları xüsusi əməliyyat keçirirlər.

Hadisənin digər təfərrüatları barədə məlumat verilmir.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri