Avq
2017
16:43
32
610
7122
Virtual karabakh

Ruhani və Sarkisyan Qarabağdan danışdılar

6 Avq, 2017
16:43
7122

Ruhani və Sarkisyan Qarabağdan danışdılar

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Tehranda İran prezidenti Həsən Ruhani və Ermənistan prezidenti Serj Sarkisyan arasında görüş keçirilib.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, H.Ruhani görüşdə bildirib ki,  İran və Ermənistan arasında çoxlu mədəni və tarixi bağlar var, Tehran və İrəvan müştərək bağlara söykənərək  hər iki ölkənin xalqı və region ölkələrinin xalqları  üçün müsbət və önəmli  addımlar ata bilər.

İran prezidenti deyib ki, iki ölkə arasında  iqtisadi, mədəni,  enerji, nəqliyyat, turizm və transit sahəsində əməkdaşlıq üçün geniş potensial mövcuddur: “Bu sahələrdə  əməkdaşlığın inkişafı hər iki ölkənin xalqının xeyrinədir”.

Terrorizm təhlükəsindən danışan H.Ruhani terroristlərin İraqda və Suriyada məğlubiyyətə uğradıqdan sonra regionun digər bölgələrinə yayılmaq ehtimalının olduğunu qeyd edib: “Ona görə  hamı, o cümlədən Qafqaz və Orta Asiya ölkələri bu təhlükə qarşısında ayıq və ehtiyatlı olmalıdır. Bu, regionun sabitliyinə təhlükə yarada bilər. Terrorizmlə mübarizədə ölkələr arasında yaxınlaşma və əməkdaşlıq zəruridir”.

Dağlıq Qarabağ münaqişəsinə toxunan İran prezidenti münaqişənin danışıqlar yolu ilə həllini dəstəklədiklərini vurğulayıb: “Ümid edirik  iki qonşu ölkə Azərbaycan və Ermənistanın təşəbbüsü ilə bu məsələnin dinc yolla həllinin şahidi olacağıq.  Düşünürük ki, hər iki tərəf məsələnin həlli üçün ciddi iradə sahibidir və müzakirələrin müsbət nəticələnəcəyi üçün də əlverişli çıxış yolu tapacaqlar”.

Ermənistan-İranla əlaqələrinin son illər ərzində inkişaf etdiyini söyləyən S. Sarkisyan isə iki ölkə arasında iqtisadi əlaqələrin siyasi əlaqələr səviyyəsində inkişaf etmədiyini, İranla iqtisadi, enerji, ticarət,  nəqliyyat və digər sahələrdə əlaqələri daha da inkişaf etdirmək istədiklərini bildirib. S. Sarkisyan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə çalışdığını da iddia edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Müharibə xəbərləri