26 
İyn
2017
20:30
31
735
6470
Virtual karabakh

Pakistanda yanğın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb - YENİLƏNİB

26 İyn, 2017
20:30
6470

Pakistanda yanğın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Pakistanın şərqində neft tankerində yanğın baş verib.

Oxu.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, yanğın nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb, daha 110 nəfər yaralanıb.

25.06.2017, 23.50

Pakistanın Pəncab əyalətinin Bahavalpur şəhərində neft sisterninin yanması nəticəsində ölənlərin sayı 152 nəfərə çatıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə "Geo TV" telekanalı məlumat yayıb.

Xəbərdə bildirilir ki, hadisə zamanı daha 117 nəfər xəsarət alıb. Xəstəxanalara yerləşdirilən yaralıların çoxu ağır vəziyyətdədir.

Telekanalın məlumatına görə, sakinlər çevrilmiş çənlərdən dağılmış yanacağı yığmaq üçün yola toplaşıblar. Lakin yanğın başlayıb.

Şahidlər bildiriblər ki, yanğın neft sisterninin aşması nəticəsində yerə dağılan mayeni yığmağa toplaşan yerli sakinlərdən bəzilərinin siqareti söndürməyərək əraziyə atması nəticəsində baş verə bilər. Yanğın onlarla avtomobili və motosikleti də məhv edib.

www.oxu.az

***

09:40

Pakistanın Pəncab əyalətində Baxavalpur şəhərində yanacaq çənində baş verən yanğın və partlayış nəticəsində ən azı 123 nəfər ölüb, 15 nəfər xəsarət alıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb.

İnsanlar yolda yanacaq çənindən yanacaq almaq üçün toplaşıblar və qəfil çəndə yanğın başlayıb. Yanıq xəsarəti alan 15 nəfərdən çoxunun da durumu ağırdır.

Şahidlərdən biri bildirib ki, bir neçə nəfər çənin yaxınlığında siqaret çəkirmiş və yanğının səbəbi bu ola bilər. Yanğın zamanı onlarla avtomobil və motosikletdə yanıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri