26 
Okt
2016
20:25
57
273
27466
Virtual karabakh

Səudiyyə Ərəbistanında cütlük toydan iki saat sonra boşandı

26 Okt, 2016
20:25
27466

Səudiyyə Ərəbistanında cütlük toydan iki saat sonra boşandı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Səudiyyə Ərəbistanında cütlük toydan iki saat sonra sosial şəbəkələrdə yayılmış fotolara görə boşanıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə çərşənbə günü, oktyabrın 26-da, The Independent nəşri yazır.

Məlumata əsasən, ər həyat yoldaşının “Snapchat” şəbəkəsində bir neçə fotonu paylaşdıqdan sonra boşanmaq qərarı verib. Gənc qadın rəfiqəsinə toy mərisimindən bir neçə foto göndərib. Nikah müqaviləsində isə qadının “Snapchat”, “Instagram” və “Twitter” kimi sosial şəbəkələrdən istifadə etməyəcəyinə dair xüsusi bənd olub.

Səudiyyə Ərəbistanının qanunlara əsasən, kişilər heç bir səbəb olmadan belə birtərəfli qaydada boşana bilərlər. Qadınlar isə boşanma ərizəsi verməzdən əvvəl ərlərinin və məhkəmənin razılığını almalıdırlar.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri