25 
İyn
2017
15:05
14
592
5929
Virtual karabakh

Britaniyada sürücü avtomobili Ramazan bayramını qeyd edən insanların üzərinə sürüb – VİDEO

25 İyn, 2017
15:05
5929

Britaniyada sürücü avtomobili Ramazan bayramını qeyd edən insanların üzərinə sürüb – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük Britaniyanın Nyukasl şəhərində avtomobil yüksək sürətlə Ramazan bayramı münasibəti ilə məscid yaxınlığında toplaşan insanların üzərinə sürülüb.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, ən azı 5 nəfər xəsarət alıb.

Böyük Britaniya polisi də hadisə barədə məlumat yayıb. Məlumatda qeyd edilir ki, bu gün yerli vaxtla saat 09.14 radələrində avtomobil bir qrup piyadanın üzərinə hərəkət edib, 5 nəfər xəsarət alıb. Hadisəyə terror aktı versiyası kimi baxılmır. Polis olayla bağlı 42 yaşlı qadını saxlayıb.

A.M.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri