27 
Dek
2016
15:15
122
32
4549
Virtual karabakh

Jerar Depardye 68 yaşını qeyd edir

27 Dek, 2016
15:15
4549

Jerar Depardye 68 yaşını qeyd edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oskar”a namizəd göstərilmiş, “Qızıl kürə”, “Sezar” mükafatlarının sahibi Fransanın və dünyanın tanınmış kino aktyorlarından olan Jerar Depardye 68 yaşını qeyd edir.

Oxu.Az xəbər verir ki, fransızlar onu ölkənin ən böyük nailiyyətləri və dəyərləri sırasına daxil edərək fəxrlə “Bizim ümummilli Depardyemiz” adlandırırlar. O, karyerası ərzində 180-dən çox filmdə çəkilib. Bu filmlərdən bir çoxu Fransa kinematoqrafının inciləri sırasına daxil olub. Depardye həm də aktiv kommersiya fəaliyyəti ilə məşğuldur. O, neft yataqlarının istismarı, çoxsaylı şərab təsərrüfatları və Parisdəki iki restoranının fəaliyyəti ilə bağlı işlərini davam etdirir.

2008-ci il oktyabrın ortalarında aktyorun 4 uşağından biri - onun davamçısı və gözəl aktyor Qiyom Depardye gözlənilmədən vəfat edib. Maraqlıdır ki, ata və oğul Depardye arasında uzun müddət münaqişə olub. Lakin son vaxtlar onlar barışıblar. Depardye oğlunun ölümünü çox ağır keçirib. O, yubiley günlərində heç bir telekanala müsahibə verməyib.

3 yanvar 2013-cü ildə Rusiya prezidenti Vladimir Putin Jerar Depardyeyə Rusiya vətəndaşlığı verilməsi haqqında fərman imzalayıb.

Jerar Depardyenin iştirakı ilə Azərbaycana həsr olunmuş “Qafqaza qayıdış, Aleksandr Dümanın izi ilə” filmi çəkilib. Ekran əsəri Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində 2016-cı il oktyabrın 21-də Belçikanın Vaterlo şəhərində Azərbaycan gecəsində nümayiş etdirilib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri