Yan
2017
09:11
66
646
79960
Virtual karabakh

İstanbulda gecə klubuna hücum: 39 ölü, 69 yaralı – FOTO

1 Yan, 2017
09:11
79960

İstanbulda gecə klubuna hücum: 39 ölü, 69 yaralı – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulun Ortakoy rayonunda yerləşən “Reina” gecə klubuna silahlı hücum olub.

Oxu.Az Milliyet nəşrinə istinadən xəbər verir ki, hücum nəticəsində 39 nəfər ölüb, daha 69 nəfər isə yaralanıb.

Nəşrin məlumatına əsasən, Şaxta baba geyimli naməlum şəxs yerli vaxtla saat 01:15 radələrində kluba yaxınlaşaraq, girişdə duran polis əməkdaşını və mülki şəxsi qətlə yetirib, sonra isə içəri daxil olaraq insanlara atəş açıb. 

İstanbulun valisi Vasip Şahin hadisəni terror aktı adlandırıb. Onun sözlərinə görə, gecə klubuna hücumda bir nəfər iştirak edib. Terrorçu hadisə yerinə cəlb olunan polis qüvvələri tərəfindən zərərsizləşdirilib.

Qeyd olunur ki, hücum zamanı gecə klubunda 600-dək insan Yeni il bayramını qeyd edirmiş.  

Ölənlərdən 16-nın xarici vətəndaş olduğu bildirilir.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri