Yan
2017
20:36
196
100
6429
Virtual karabakh

İranın sabiq prezidenti vəfat edib – YENİLƏNİB

8 Yan, 2017
20:36
6429

İranın sabiq prezidenti vəfat edib – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani vəfat edib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncani ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilmişdi.

Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

20:21

İranın Məsləhət Şurasının sədri, sabiq prezident Əli Əkbər Haşimi Rəfsəncani xəstəxanaya yerləşdirilib.

Oxu.Az-ın APA-ya istinadla məlumatına görə,  Ə.Ə.Haşimi Rəfsəncaninin ürəyində problem yarandığı üçün xəstəxanaya yerləşdirilib.

Haşimi Rəfsəncaninin oğlu Məhəmməd Haşimi atasının xəstəxanaya yerləşdirilməsi xəbərini təsdiqləyib, vəziyyətinin normal olduğunu qeyd edib.

Qeyd edək ki, Əli Əkbər Haşimi Rəfsəncani İranın dördüncü prezidenti vəzifəsində çalışıb. 2005-də prezident seçkilərində Mahmud Əhmədinejad səs çoxluğu ilə onu qabaqlayıb. 1980 - 1989-cu illərdə Ə.Ə.Haşimi Rəfsəncani İran Parlamentinin spikeri vəzifəsində çalışıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Siyasət xəbərləri