Yan
2017
20:49
34
196
2127
Virtual karabakh

Avropada donvurmadan 20-dən çox adam həlak olub

8 Yan, 2017
20:49
2127

Avropada donvurmadan 20-dən çox adam həlak olub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropada son iki gündə donvurmadan həlak olanların sayı mühacirlər və evsizlərlə birlikdə 20 nəfəri keçib.

Oxu.Az Modern.az-a istinadən xəbər verir ki, Avropa dövlətləri yanvarın ilk günlərində Skandinaviyadan gələn soyuq hava kütlələri səbəbindən qeyri-adi güclü soyuqdan əziyyət çəkir.

Havanın temperaturunun mənfi 14 dərəcəyədək düşən Polşada 10 nəfər ölüb. Bu ölkənin bəzi regionlarında 20 dərəcyədək şaxta qeydə alınıb.

İtaliyanın cənub-şərq və mərkəzi hissəsində güclü qar yağması nətivcəsində 7 nəfər həlak olub.

Almaniyanın cənubundakı dağlıq rayonlarda havanın temperaturu mənfi 26 dərəcəyə çatıb. Avtomobil yollarının çoxu buz bağlayıb.

Çexiya hakimiyyətinin məlumatına görə, Praqada ötən gecə qış fəsli başlayandan ən soyuq olub. 3 nəfər oradakı şaxtalı havanın qurbanına çevrilib.

Ən azı 3 qaçqının Bolqarıstanda soyuqdan öldüyü bildirilir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri