Yan
2017
10:26
6
49
921
Virtual karabakh

Cenevrədə Kipr tənzimlənməsinə dair danışıqlar başlayır

9 Yan, 2017
10:26
921

Cenevrədə Kipr tənzimlənməsinə dair danışıqlar başlayır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Cenevrədə Kipr Respublikasının prezidenti Nikos Anastasiadisin və kiprli-türklərin lideri Mustafa Akıncının iştirakı ilə Kiprin birləşdirilməsi üzrə danışıqlar başlayır.  

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, yanvar ayının 9-dan 11-nə kimi NATO-nun baş katibinin Kipr nizamlanması üzrə xüsusi müşaviri Bart Eydenin rəhbərliyi altında icmalararası danışıqlar aparılacaq, yanvarın 12-də isə üç zəmanətçi ölkənin – Yunanıstan, Türkiyə və Böyük Britaniya, eləcə də Avropa İttifaqının nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək. Aİ heyətinə Avropa komissiyasının sədri Jan-Klod Yunker rəhbərlik edəcək.  

Kiprin birləşdirilməsinə dair danışıqlar iki illik fasilədən sonra 2014-cü ilin fevralında bərpa edilib. Amma noyabr ayında İsveçrədə keçirilən danışıqlarda bütün səylərə baxmayaraq, iki icma lideri danışıqların yekunlaşmasını təmin edə biləcək ərazi nizamlanması məsələsində razılığa gəlməyiblər.   

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri