10 
Yan
2017
08:46
90
29
1801
Virtual karabakh

İranın sabiq prezidenti bu gün dəfn ediləcək

10 Yan, 2017
08:46
1801

İranın sabiq prezidenti bu gün dəfn ediləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İran İslam Respublikasının sabiq prezidenti, Ayətullah Əli Əkbər Haşimi Rəfsəncani bu gün  dəfn ediləcək.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bu gün Tehranda sabiq prezidentlə vida mərasimi keçirilib. Mərasimdə İran prezidenti Həsən Ruhani və digər rəsmi şəxslər iştirak ediblər.

İranda Ayətullah Əli Əkbər Haşimi Rəfsəncaninin vəfatı ilə əlaqədar 3 günlük matəm elan edilib.
 
Rəfsəncani 1979-cu il İslam inqilabında fəal iştirak edib və İranın ən nüfuzlu şəxslərindən biri sayılırdı. O, 1989-1997-ci illərdə İrana rəhbərlik edib, nüvə proqramının əsasının qoyulmasında mühüm rol oynayıb.
 
Haşimi Rəfsəncani  yanvarın 8-də ürəyində yaranmış problemlə bağlı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri