10 
Yan
2017
10:31
154
32
5122
Virtual karabakh

Venesuela prezidenti postunu tərk edib - YENİLƏNİB

10 Yan, 2017
10:31
5122

Venesuela prezidenti postunu tərk edib - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Venesuelanın Ali Məhkəməsi parlamentin müxalifət çoxluğunun prezident Nikolas Maduronun istehfasına dair qərarının konstitusiyaya uyğun olmadığını bildirib.

Oxu.Az Interfax-a istinadən xəbər verir ki, bu barədə TeleSur telekanalı məlumat yayıb.

“Venesuealanın Ali məhkəməsi müxalifətin nəzarət etdiyi Milli Assambleyanın prezident Maduronun vəzifəsindən kənarlaşdırılması qərarını blok edərək, Maduronun “devrilməsinə” dair səsvermənin və yeni seçkilərə hazırlığın konstitusiyaya müvafiq olmadığını bildirib”, - məlumatda deyilir.

08:54

Venesuela parlamenti prezident Nikolas Maduronu səlahiyyətlərini icra etmədiyinə görə postunu tərk etdiyini bildirib.

Oxu.Az APA-ya istinadən verdiyi xəbərə görə, qərarın  lehinə 106 deputat səs verib.

Hökumət yönlü deputatlar səsvermədən əvvəl zalı tərk ediblər.

“El Nacional” qəzetinin məlumatına görə, parlamentarilər ölkə Konstitusiyasının 233-cü maddəsinə uyğun olaraq hərəkət ediblər. Maddəyə əsasən, prezident səlahiyyətlərini icra etmədiyi təqdirdə yeni seçkilərin keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, qəbul edilən qərar faktiki olaraq hüquqi gücə malik deyil. Venesuela qanunvericiliyində prezidentin parlament tərəfindən impiçment edilməsi nəzərdə tutulmayıb.

Ötən ilin oktyabrında beynəlxalq vasitəçilərin iştirakı ilə Venesuela hökuməti və müxalifətin çoxluq təşkil etdiyi parlamenti arasında danışıqlar başlayıb. Noyabrın 11-12-də keçirilən danışıqlarda bir sıra razılıq əldə olunsa da, müxalifət dekabrın 6-a nəzərdə tutulan görüşdən imtina edib.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri