10 
Yan
2017
09:50
11
99
1174
Virtual karabakh

Kolumbiyada körpü çöküb: Ölənlər var

10 Yan, 2017
09:50
1174

Kolumbiyada körpü çöküb: Ölənlər var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Kolumbiyanın Meta departamentində yerləşən Vilyavisensio şəhərində asma körpünün çökməsi nəticəsində 11 nəfər ölüb, 13 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. 

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə şəhərin icra başçısı Aleksandr Quterres bildirib. 

Onun sözlərinə görə, faciə zamanı körpüdə 30-a yaxın adam olub. Ağırlıqdan konstruksiya öz oxu ətrafında donub və insanlar aşağı yıxılıblar. Digər məlumata görə, körpü insanların ağırlığı altında çöküb. 

Ölənlər arasında iki uşaq var, bu barədə El Heraldo portalı məlumat yayıb. Hadisə yerində xilasedicilər və xəsarət alanlara yardım edən həkimlər çalışır. 

Hakimiyyət  şəhərdə donor qanının çatışmadığı səbəbindən, sakinləri yaralananlar üçün qan verməyə çağırıb. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri