10 
Yan
2017
11:23
90
21
2951
Virtual karabakh

Donald Trampla Meril Strip arasında konflikt yaşanıb

10 Yan, 2017
11:23
2951

Donald Trampla Meril Strip arasında konflikt yaşanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Amerika Birləşmiş Ştatlarında noyabrın 8-də keçirilən seçkilərdə prezident seçilmiş Donald Trampla məhşur Hollivud aktrisası Meril Strip arasında konflikt yaşanıb. 

Oxu.Az İndependent-ə istinadən xəbər verir ki, keçdiyimiz günlərdə 74-cü dəfə təşkil olunan “Qızıl Qlobus” mükafatlandırma mərasimində amerikan aktrisa Meril Strip səhnədə nitq söyləyərkən Donald Trampın öz çıxışı zamanı əlil Nyu York Tayms reportyorunu aşağılamasını biabırçı hadisə adlanırıb : “Bu il ərzində mənim ən çox yadımda qalan hadisə prezidentliyə namizəd olan və insanlar tərəfindən seçilməyə çalışan bir şəxsin insanların qarşısında əlil jurnalisti aşağılaması oldu”. 

Aktrisanın bu çıxışından sonra Donald Tramp öz şəxsi twitter hesabında Meril Stripin Hollivudun ən çox şişirdilmiş aktrisası olduğunu və özünün heç vaxt həmin jurnalisti təhqir etmədiyini yazıb. 

İndependent-in yazdığına görə, Donald Tramp 2015-ci ildə The Hollywood Reporterə verdiyi müsahibədə Meril Stripin ən çox bəyəndiyi aktrisalar arasında olduğunu açıqlamışdı.

İ.N

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri