10 
Yan
2017
17:06
8
279
3241
Virtual karabakh

İstanbulda məscidin damı çöküb – FOTO + VİDEO – YENİLƏNİB

10 Yan, 2017
17:06
3241

İstanbulda məscidin damı çöküb – FOTO + VİDEO – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İstanbulun Bəkirköy dairəsinin Ataköy rayonunda məscidin damının çökməsi zamanı bir nəfər ölüb, 10 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. 

Oxu.Az Hürriyet-ə istinadən xəbər verir ki, bu barədə Bəkirköy dairəsi üzrə bələdiyyə başçısı Bülənt Kərimoğlu bəyanat verib. 

Dam qarın ağırlığına dözməyərək çöküb. Hadisə zamanı məsciddə cənazə namazı qılan insanlar olub. 

Hadisə yerinə xilasedicilər və həkimlər cəlb edilib.

Xəsarət alanlar xəstəxanaya yatırılıblar. 

Hazırda ətraf qardan təmizlənir. 

16:06

İstanbulun Bəkirköy rayonunda yas mərasimi zamanı məscidin damı çöküb. 

Oxu.Az bu barədə CNN Turk-ə istinadən xəbər verir. 

Hadisəyə səbəb isə yağan qar olub. 

Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb edilib. 

Məlumata görə, bir neçə nəfər xəsarət alıb, ölənlər haqqında məlumat yoxdur. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri