10 
Yan
2017
17:47
11
173
1332
Virtual karabakh

Əfqanıstanda silsilə partlayış: Ölən və yaralananlar var

10 Yan, 2017
17:47
1332

Əfqanıstanda silsilə partlayış: Ölən və yaralananlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Əfqanıstanın Leşkərgah şəhərində terrorçu-kamikadzenin özünü partlatması nəticəsində azı 7 nəfər ölüb.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Leşkəragah Şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, terrorçu-kamikadze partlayışı şəhərin təhlükəsizlik idarəsinin rəhbərliyinin yerləşdiyi binanın qarşısında törədib.

Yerli polis patlayışın Gilmənddə təhlükəsizlik qüvvələrinin təmsilçiləri ilə barışığa razı olan silahlılar arasında görüş keçirilən zaman baş verdiyini açıqlayıb. 

Eyni zamanda, ölkə paytaxtı Kabulda parlamentin binası yaxınlığında iki partlayış olub.

Yerli hökumət təmsilçisinin məlumatına görə, terrorçu-kamikadze partlayışı paytaxtın Darüləman rayonunda törədib.

Təsdiqlənməyən xəbərə əsasən, partlayış nəticəsində 50-yə yaxın insan ölüb və yaralanıb.

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri