11 
Yan
2017
08:50
96
14
1128
Virtual karabakh

Pan Qi Munun qohumları rüşvətxorluqda ittiham olunur

11 Yan, 2017
08:50
1128

Pan Qi Munun qohumları rüşvətxorluqda ittiham olunur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nyu-York məhkəməsi BMT-nin sabiq baş katibi Pan Qi Munun qardaşı və qardaşı oğluna qarşı rüşvətxorluq ittihamı irəli sürüb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, cinayət işi Vyetnamda binalar kompleksini 800 mln. dollara satmaq cəhdi ilə bağlıdır.

İttiham Pan Qi Munun Nyu-Yorkda daşınmaz əmlakın satışı agenti vəzifəsində çalışan qardaşı oğlu Çu Xön Pan və eks – baş katibin doğma qardaşı Pan Qi Sana qarşı irəli sürülüb.  Onun Cənubi Koreyanın “Keangnam Enterprises Co Ltd.” şirkətində baş müşavir  vəzifəsində çalışdığı bildirilir.

Hər iki şəxsin əlbir olaraq Yaxın Şərq ölkələrinin rəsmi nümayəndələrinə qarşı korrupsiya hərəkətlərinə yol verdiyi bildirilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri