11 
Yan
2017
14:42
51
141
2765
Virtual karabakh

Gürcüstan hökuməti “Qazprom”un təklifini qəbul etdi – YENİLƏNİB

11 Yan, 2017
14:42
2765

Gürcüstan hökuməti “Qazprom”un təklifini qəbul etdi – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan hökuməti “Qazprom eksport”un Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə nağd pul ödəmək təklifini qəbul edib.

Oxu.Az-ın məlumatına görə,  “Report” un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərar hökumətin yanvarın 11-də keçirilən iclasında qəbul olunub.

Gürcüstan baş nazirinin müavini, Energetika naziri Kaxa Kaladze jurnalistlərə bildirib ki, hazırkı vəziyyətdə “Qazprom eksport”un təklifi Gürcüstan üçün ən əlverişli variantdır.

Nazirin sözlərinə görə, yeni müqavilə yaxın vaxtlarda imzalanacaq: “Əvvəlki müqavilənin müddəalarından yalnız təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə ödəmələrlə bağlı olan maddə dəyişdirilir. Digər maddələr öz qüvvəsində qalır”.

K.Kaladze qazın nəqlinə görə, “Qazprom ekspert”un ödəyəcəyi məbləği açıqlamasa da rəqəmin qənaətbəxş olduğunu bildirib.

Qeyd edək ki, əvvəlki müqaviləyə əsasən “Qazprom ekspert” Ermənistana satdığı təbii qazın Gürcüstan ərazisindən nəqlinə görə bu ölkəyə ümumi həcmin 10 faizi həcmində “mavi yanacaq” verirdi. Bu ildən isə “Qazprom” ödənişin nağd ödəmələrlə həyata keçirmək barədə təklif irəli sürmüşdü.

13:45

Rusiyanın “Qazprom” şirkəti ötən Belarusun paytaxtı Minskdə keçirilən görüşdə Gürcüstan hökumətinə Ermənistana qaz nəqli ilə bağlı son təklifini verib. 

Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze bildirib.

“Rusiya tərəfi maraqlı təklif irəli sürüb. Bu, sonuncu təklifdir. Əsas danışıqlar maliyyə ödənişinə keçidlə bağlı aparılıb. Məsələ hökumətin iclasında müzakirə olunduqdan sonra detallar barədə danışmaq olar”, - deyə K. Kaladze bildirib.

Xatırladaq ki, “Qazprom-Eksport” şirkətinin Gürcüstan hökuməti tərəfi ilə bağladığı müqavilənin müddəti cari ilin yanvarın 1-də başa çatıb. Gürcüstan Ermənistana nəql olunan Rusiya qazının ümumi həcminin 10%-ni tranzit haqqı kimi alır. 

Danışıqların uzanmasına səbəb isə”"Qazprom”un tranzit haqqını qazla deyil, pulla ödənilməsində israr etməsidir. Gürcüstan 2007-ci ildən bu yana Rusiya qazı almır. Gürcüstanın əsas qaz idxalçısı Azərbaycandır. Azərbaycan tərəfi isə 2016-cı ilin martından etibarən Gürcüstana nəql olunacaq qaz həcmlərini artırmağa razılıq verib.

Gürcüstanın qaza olan illik tələbatı 2,5 mlrd. kubmetrdir. Bu həcmin əsas hissəsi Azərbaycandan nəql olunur. Qonşu ölkənin enerji balansında təbii qazın payı 40%-dir.

Gürcüstan il ərzində Azərbaycandan 500 mln. kubmetr qaz ala bilir.

N.О.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri