11 
Yan
2017
20:21
17
214
12170
Virtual karabakh

Breyvikin həbsxanada saxlanılması üçün ağlasığmaz pullar xərclənir

Norveç prokurorluğu terrorçu Anders Breyvikin həbsxanada saxlanılmasının dövlətə təxminən neçəyə başa gəlməsini hesablayıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, ittiham tərəfi Fredrik Seyersted bildirib ki, “terrorçunun saxlanıldığı həbsxanada təkcə yüksək təhlükəsizliyi təmin etmək üçün bir il ərzində beş milyon kron (550 min avro) pul xərclənilir”. Seyersted qeyd edib ki, bu rəqəmə dolayı xərclər daxil deyil. Breyvikin saxlanılmasını qiymətləndirmək üçün xüsusi qrup yaradılıb. 

Hazırda Norveç məhkəməsi 20 aprel 2016-cı ildə çıxarılan qərarla bağlı iki apellyasiya şikayətinə baxır. Həmin vaxt Breyvik həbsxanada saxlanılma şəraitini qeyri-insani kimi tanınmasına nail olmuşdur: terrorçu ona soyuq kofe verilməsindən və yeməyinin mikrodalğalı sobada qızdırılmasından şikayətçi idi. 

“Bu su ilə işgəncədən daha pisdir”, - o iddia edirdi. Breyvik həmçinin onun digər məhbuslardan təcrid edilməsindən və yaxın dostları ilə görüşə bilməməsindən narazı idi.

Həmin vaxt məhkəmə Breyvikin iddiasının qismən qəbul edərək ona 40,7 min dollar təzminat ödənilməsinə dair qərar vermişdi. Lakin nə iddaçı, nə də qarşı tərəf qərar ilə razı olmamışdırlar.

S.B.
www.oxu.az

Digər Dünya xəbərləri