11 
Yan
2017
21:26
95
158
2878
yuxarı
Tramp ABŞ-a edilən haker hücumlarında Rusiyanın əli olduğunu etiraf edib
11 Yan, 2017
21:26
2878
95
158
Tramp ABŞ-a edilən haker hücumlarında Rusiyanın əli olduğunu etiraf edib
ABŞ-a qarşı Rusiyadan başqa digər ölkələr də kiberhücumlar törədir.
Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Nyu-Yorkda keçirdiyi mətbuat konfransında Donald Tramp bəyan edib.
“Düşünürəm ki, son hücumlar Rusiya tərəfindən həyata keçirilib. Lakin ABŞ-a qarşı digər ölkələr və şəxslər də kiberhücumlar törədir”, deyə D.Tramp bildirib.
O həmçinin qeyd edib ki, Rusiya tərəfi ilə münasibətlərin yaxşılaşdırılmasını müsbət amil kimi qiymətləndirir: “Misal üçün, Rusiya bizə İŞİD-lə mübarizədə kömək edə bilər. Əgər Putinin Trampdan xoşu gəlirsə, bu nöqsan yox, üstünlükdür. Ümid edirəm ki, biz dost olacağıq, buna şanslarımız az deyil”.
S.B.
www.oxu.az
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək