12 
Yan
2017
10:32
172
10
964
Virtual karabakh

Tillerson müsəlmanların ABŞ-a girişinə qadağa qoyulmasına qarşı çıxıb

ABŞ-ın gələcək prezidenti Donald Tramp tərəfindən ABŞ dövlət katibi vəzifəsinə namizəd kimi irəli sürülmüş Reks Tillerson İslamı mükəmməl din adlandırıb və müəyyən dinə və ya qruplara qarşı total qadağanın tərəfdarı olmadığını bildirib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, “ExxonMobil” şirkətinin keçmiş rəhbəri bu barədə ABŞ Senatının Xarici Əlaqələr Komitəsində dinləmələr zamanı bildirib.

R.Tillerson Senat üzvlərinə “ExxonMobil” şirkətində işləyərkən Yaxın Şərqdə və Asiyanın cənub-şərq hissəsində bir çox İslam ölkələrində olduğunu söyləyib. Onun sözlərinə görə, gördüklərindən sonra bu mükəmməl dini qiymətləndirməyə başlayıb.

O, ABŞ-ın, məsələn, terrorçuları ölkəyə buraxmamaq kimi ciddi çağırışlarla qarşılaşdığını əlavə edib. R.Tillerson bütün olanlara göz yummağın və vəziyyəti görməzdən gəlməyin qeyri-mümkünlüyünü ifadə edib. “Bu təhlükəni tam dərk edib onu aradan qaldırmaq üçün yollar işləyib hazırlamalıyıq”, - deyə o bildirib.

Xatırladaq ki, seçki kampaniyası dövründə D.Tramp terror hücumlarının qarşısını almaq məqsədilə müsəlmanların ABŞ-a girişinə müvəqqəti olaraq qadağa tətbiq edilməsini təklif edib. Bundan sonra həm Demokratlar, həm də Respublikaçılar partiyalarının nümayəndələri bu ideyanı tənqid edərək, onu ayrı-seçkilik adlandırıb.

N.О.

www.oxu.az

Система OrphusMətndə səhv var? Onu siçanla seçin və Ctrl+Ent düyməsini basın.

Digər Dünya xəbərləri