12 
Yan
2017
12:08
185
18
5490
Virtual karabakh

Azərbaycanlı Gürcüstanda biznes qurdu

12 Yan, 2017
12:08
5490

Azərbaycanlı Gürcüstanda biznes qurdu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gürcüstan “Kartuli matkli” (“Gürcü yunu”) qoyun yununun ilk partiyasını Böyük Britaniyaya göndərib. Yun Gürcüstandan Avropa bazarına çıxarılan ilk heyvan mənşəli məhsuldur. 

Oxu.Az xəbər verir ki, bu barədə bu gün eugeorgia.info informasiya portalı məlumat yayıb. 

Şirkətin təsisçisi Zaur Quliyev eugeorgia.info portalına verdiyi müsahibəsində bildirib ki, Curtis wool direct limited şirkətinə - britaniyalı tərəfdaşlarına sınaq partiyası kimi 22 ton yun göndərib.  

Həftənin sonuna qədər müqavilə əsasında tədarükə dair məlumat olacaq. 

“Söhbət ay ərzində 100-200 ton yunun tədarükündən gedir. Bu, yetərincə böyük həcmdir, bu mərhələdə biz yəqin ki, bu tələbi yerinə yetirə bilməyəcəyik”, - Quliyev bildirib. 

Zaur Quliyev bəyan edib ki, Britaniyanın yunemalı şirkəti 1 kq yunu 0,90-1 dollara almağa razıdır. 

“Gürcü yunu, avropa yunu ilə müqayisədə bir qədər coddur və 40% ucuzdur. Britaniyalılar bu yunu yerli yumşaq yun ilə qarışdıraraq xalçaların və digər məmulatların hazırlanmasında istifadə edirlər”, - Quliyev bildirib. 

Qeyd etmək lazımdır ki, Gürcüstandan Avropa İttifaqına və Böyük Britaniyaya yunun tədarükünə icazə, Gürcüstanın Milli ərzaq agentliyi tərəfindən qanunvericilik və standartların təminatı üzrə bir sıra tədbirlər keçirildikdən sonra verilib. 

Bundan sonra Avropa İttifaqı gürcü dövlət nəzarət sistemini müsbət qiymətləndirərək, Gürcüstanı Avropa İttifaqı ərazisinə idxala icazə verilən üçüncü dövlətlər siyahısına daxil edilib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri