16 
Yan
2017
11:41
18
82
2604
Virtual karabakh

Zaxarova: Rusiyalı diplomatı ABŞ-da kəşfiyyatla əməkdaşlığa cəlb etmək istəyiblər

16 Yan, 2017
11:41
2604

Zaxarova: Rusiyalı diplomatı ABŞ-da kəşfiyyatla əməkdaşlığa cəlb etmək istəyiblər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ xüsusi xidmət orqanları rusiyalı diplomatı keçmiş hökumət başçısı Yevgeni Primakova dərman alarkən əməkdaşlığa cəlb etməyə çalışıblar.

Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. 

M.Zaxarova bildirib ki, vaxtı ilə Y.Primakovun müalicəsi üçün ABŞ-da satılan bir dərmana ehtiyac olub. Bu məqsədlə ABŞ-dakı Rusiya diplomatlarından birinə dərmanın alınması üçün tapşırıq verilib və keçmiş baş nazirin ailəsinin, dostlarının topladığı 10 min dollar ona göndərilib.

Zaxarova həmçinin bildirib ki, bütün rəsmi prosedurlara əməl olunub, lazımi arayış və reseptlər yazılıb. Diplomat aptekə daxil olduqda ABŞ xüsusi xidmət orqanlarının əməkdaşları yaxınlaşaraq onu mobil rabitənin çalışmadığı zirzəmiyə aparıblar və bir saat ərzində onunla söhbət ediblər. 

“Bu söhbət adi söhbətdən çox, diplomatı onlara işləməyə razı salmaq cəhdinə bənzəyib”, - Zaxarova vurğulayıb. 

O bildirib ki, diplomatı dərmanların qanunsuz dövriyyəsində ittiham etməklə qorxutmağa çalışıblar. Nəticədə preparat diplomatdan alınıb və pul da ona geri qaytarılmayıb.

XİN nümayəndəsi əlavə edib ki, ABŞ dövlət katibi Con Kerri hadisəni qəbuledilməz adlandırıb və preparatın Rusiyaya çatdırılması üçün əllərindən gələni edəcəklərini söyləyib.

“Təəssüf ki, çox vaxt itirildi”, - Zaxarova deyib.

C.Kerrinin müdaxiləsinə baxmayaraq, həmin diplomat bir qədər sonra ABŞ-dan çıxarılıb.  

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri