16 
Yan
2017
15:59
109
33
2043
Virtual karabakh

Tramp NATO-nun problemlərindən danışdı

16 Yan, 2017
15:59
2043

Tramp NATO-nun problemlərindən danışdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp NATO-nun köhnəlmiş təşkilat olduğunu hesab edir. 

Oxu.Az xəbər verir ki, bu barədə o, “Times” və “Bild” qəzetlərinə verdiyi müsahibədə bildirib. 

“Mən çoxdan deyirəm ki, NATO-nun problemləri var. Birincisi, o, köhnəlib, çünki illər öncə layihələşdirilib”, - Tramp qeyd edib. “İki ölkə ödəməli olduqlarını daha ödəmirlər”, - o, sözünə davam edib. 

Trampın fikrincə, NATO terrorizmə yetərincə diqqət ayırmır, bu isə alyansın könəldiyini göstərən çatışmazlıqdır. 

ABŞ-ın yeni seçilmiş prezidenti bildirib ki, hazırda NATO-nun beş üzvü müdafiəyə lazım olan qədər vəsait xərcləyir. Onların sırasında Tramp Böyük Britaniyanın adını çəkib. 

Bununla yanaşı, Tramp bütün bunlara baxmayaraq, NATO-nun onun üçün “çox vacib olduğunu” söyləyib.
 
N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri