16 
Yan
2017
15:19
330
71
2708
Virtual karabakh

Türkiyədə məktəb proqramından Darvinin nəzəriyyəsi çıxarılıb

16 Yan, 2017
15:19
2708

Türkiyədə məktəb proqramından Darvinin nəzəriyyəsi çıxarılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Təhsil Nazirliyi Çarlz Darvinin təkamül nəzəriyyəsini məktəblər üçün tədris proqramından çıxarıb.

Oxu.Az xəbər verir ki, bu barədə “Haberturk” məlumat yayıb. 

Dəyişikliklər 2017-ci ildə qüvvəyə minəcək. 12-ci sinif üçün biologiya dərsliyindən “Həyatın yaranması və təkamül” fəsli çıxarılacaq. Onun əvəzinə şagirdlər ətraf mühitin canlı varlıqlara təsirini öyrənəcəklər. 

Tələbələr arasında iyulun 15-də qiyama dair kurs tətbiq ediləcək, “Turkish Minute” yazır. 

Türkiyədə 2016-cı ilin iyul ayında hərbi çevrilişə cəhd olub. Qarşıdurmalar nəticəsində 240-dan çox adam ölüb. Qiyama dair işin araşdırılması çərçivəsində 40 mindən çox adam həbs edilib.  

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri