16 
Yan
2017
23:42
20
461
3019
Virtual karabakh

Diyarbəkirdə terror hücumu: Dörd polis şəhid olub – YENİLƏNİB

16 Yan, 2017
23:42
3019

Diyarbəkirdə terror hücumu: Dörd polis şəhid olub – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyənin Diyarbəkir vilayətinin Sur qəsəbəsində polis avtobusu keçərkən terrorçuların partlayıcı qurğunu işə salması nəticəsində şəhid olanların sayı 4-ə çatıb.
 
Oxu.Az-ın APA-ya istinadən məlumatına görə, hadisə Dəclə Universitetinin yaxınlığında baş verib.

Terror aktı nəticəsində 4 polis əməkdaşı şəhid olub, daha ikisi isə yaralanıb.

Diyarbəkir valiliyi terror aktı ilə bağlı açıqlama yayıb. 

Açıqlamada bildirilir ki, mənfur terror hücumu ilə bağlı araşdırma aparılır. Valilik terrorla mübarizənin qətiyyətlə davam etdiriləcəyini bəyan edib.

19:24

Türkiyənin Diyarbəkir bölgəsində çevik polis qüvvələrinə edilən silahlı hücum nəticəsində şəhid polislərin sayı 3 nəfərə çatıb. 

Bu barədə Oxu.Az “Habertürk” nəşrinə istinadən xəbər verir.

Terror hadisəsindən sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib.

18:29

Türkiyənin Diyarbəkir bölgəsində çevik polis qüvvələrinə edilən silahlı hücum nəticəsində 1 polis şəhid olub, 3-ü yaralanıb.

Oxu.Az Report-a istinadan verir ki, hadisə əyalətin Diclə Unversitetində olub.

Hücumu terrorçu PKK silahlılarının törətdiyi ehtimal edilir.

www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri