17 
Yan
2017
09:10
64
20
4013
Virtual karabakh

Davosda forum iştirakçıları hotellərə qayıda bilməyib – FOTO

17 Yan, 2017
09:10
4013

Davosda forum iştirakçıları hotellərə qayıda bilməyib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İsveçrənin dağ kurortu Davosda öz işinə başlayacaq Dünya İqtisadi Forumunun bir çox iştirakçıları dağlarda baş verən yol insidenti səbəbindən öz hotellərinə qayıda bilməyiblər.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə TASS-a Rusiya nümayəndə heyətindən olan hadisə iştirakçıları məlumat veriblər.

Şahidlərin sözlərinə görə, bir-birindən 12 km aralıda yerləşən Davos və Klosters kurortları arasındakı dağ yolu tamamilə bağlanıb. Forum iştirakçılarının əksər hissəsi Klostersdə qalır və forumun keçirildiyi Davosa xüsusi ayrılmış nəqliyyat vasitəsi ilə gəlirlər.

Hadisə şahidlərinin sözlərinə görə, gecə dağ yolunda yüzə yaxın mikroavtobus və digər avtomobillərin iştirakı ilə böyük tıxac yaranıb, yolda hərəkət tamamilə dayandırılıb. Polis yalnız “təcili yardım” maşınlarını buraxır. İnsidentə nəyin səbəb olduğu, hələ ki, məlum deyil.

Bu il foruma rekord sayda – dünyanın 70 ölkəsindən 3 minə yaxın iştirakçı qatılacaq. Onların arasında 30 dövlət başçısı, həmçinin Azərbaycan prezidenti İlham Əliyev, Böyük Britaniyanın baş naziri Tereza Mey də var.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri