17 
Yan
2017
09:48
22
263
19910
Virtual karabakh

Azərbaycan pasportları İŞİD-də - VİDEO

17 Yan, 2017
09:48
19910

Azərbaycan pasportları İŞİD-də - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İraq hərbçiləri “Twitter” hesablarında Mosulda İŞİD sıralarında döyüşən xarici vətəndaşların pasportlarının videosunu paylaşıblar. 

Oxu.Az haqqin.az-a istinadən xəbər verir ki, keçən ilin oktyabr ayından Mosulda “İslam dövləti” terror qruplaşmasına qarşı əməliyyat aparılır. 

Videoda tapılan pasportlar arasında ən azı iki azərbaycanlının pasportu da var. Azərbaycan vətəndaşlarının pasportlarının nə zaman və hansı şəraitdə tapıldığı məlum deyil. 

Amma İraq hərbçilərinin əməliyyatlar nəticəsində məhv edilmiş yaraqlıların pasportlarını nümayiş etdirdikləri ehtimal edilir. Azərbaycan pasportlarından başqa videoda Rusiya və bir sıra ərəb ölkələrinin pasportlarını da görmək mümkündür. 

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri