17 
Yan
2017
13:33
86
32
1130
Virtual karabakh

ABŞ-da atışma: Xəsarət alanlar var

17 Yan, 2017
13:33
1130

ABŞ-da atışma: Xəsarət alanlar var

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Mayami şəhərində (Florida ştatı) Martin Lüter Kinq günü bayramının qeyd edilməsi əsnasında baş verən atışmada 8 nəfər xəsarət alıb.

Oxu.Az-ın məlumatına görə, bu barədə Report “ABC News”a istinadən xəbər verir.

Atışma başladıqdan dərhal sonra hadisə yerində çaxnaşma yaşanıb.

Zərərçəkənlərdən altısı güllə yarası alıb. Onlar arasında 3 yeniyetmə, o cümlədən 11 yaşlı qız uşağı da var. Yaralıların hamısı xəstəxanaya çatdırılıb. “7 News Miami” telekanalının məlumatına görə, yaralılardan birinin – 20 yaşlı kişinin vəziyyəti kritikdir.

Hadisədən saat yarım sonra polis iki şübhəli şəxsi saxladığını açıqlayıb. Olay yerində iki tapança tapılıb.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri