17 
Yan
2017
14:36
61
189
9348
Virtual karabakh

İslam Kərimovun qızı zirzəmidə qalır

17 Yan, 2017
14:36
9348

İslam Kərimovun qızı zirzəmidə qalır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Öldürüldüyü barədə məlumatlar yayılan Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovadan yeni xəbər var.

Oxu.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Gülnarə Kərimova çirkli pulların yuyulması iddiasına görə İsveçrədən gələn müstəntiqlər tərəfindən dindirilib. Onu Cenevrə Vəkillər Kollegiyasının təyin etdiyi vəkil Qreqor Mangit təmsil edib. 

Vəkil bildirib ki, 9-10 dekabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənddə keçirilən sorğu-sual 23 saat davam edib. Bundan başqa, Q.Mangit Gülnarə Kərimovanın sağlamlığının qaydasında olduğunu və Daşkənddəki köhnə evinin zirzəmisində qaldığını deyib. 

Vəkil onu da əlavə edib ki, Kərimovanın uşaqları, vəkilləri, ümumiyyətlə kənardan kimləsə əlaqə qurması qadağandır.

Xatırladaq ki, Gülnarə Kərimovanın ötən ilin noyabrın 5-də zəhərlənərək öldürüldüyü və gizli şəkildə dəfn edildiyi barədə məlumatlar yayılmışdı.

S.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri