17 
Yan
2017
16:47
53
116
1837
Virtual karabakh

İslam İnkişaf Bankının rəhbəri Bakıya gəlir

17 Yan, 2017
16:47
1837

İslam İnkişaf Bankının rəhbəri Bakıya gəlir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün İslam İnkişaf Bankının (İİB) vitse-prezidenti Sayed Ağa Bakıya gəlir.

Oxu.Az bu barədə Trend-ə istinadən xəbər verir.

“Vitse-prezidentin rəhbərlik etdiyi heyət yanvarın 20-də ölkədə olacaq. Azərbaycan və İİB ölkənin iqtisadi və maliyyə prioritetlərini, bu istiqamətlərdə yaxın illərdə hansı tədbirlərin həyata keçirilməsini və həmçinin qarşıya qoyulan məqsədlərə çatmaq üçün İİB-in hansı yardımı edə biləcəyi müzakirə ediləcək”, - məlumatda deyilir. 

Agentliyin həmsöhbəti səfər çərçivəsində Nazirlər Kabineti, İqtisadi və Maliyyə nazirlikləri ilə görüşlərin keçiriləcəyinin gözlənildiyini qeyd edib. 

“İİB-in regional direktoru Hişam Maruf başda olmaqla heyətin bir hissəsi səfər üçün hazırlıqlar görmək, bankın yerli tərəfdaşları ilə görüşlər keçirmək üçün artıq Bakıdadır”, – agentliyin həmsöhbəti əlavə edib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri