17 
Yan
2017
22:26
9
268
2647
Virtual karabakh

Nigeriya ordusunun səhvi nəticəsində 100-dən çox adam ölüb

17 Yan, 2017
22:26
2647

Nigeriya ordusunun səhvi nəticəsində 100-dən çox adam ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Nigeriya Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin qaçqın düşərgəsinə səhvən endirdiyi zərbə nəticəsində 100-dən çox insan həlak olub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, bu barədə “Associated Press” yerli hakimiyyət orqanlarına istinadən xəbər verib.

Qeyd edək ki, “France Press” bundan əvvəl “Sərhədsiz Həkimlər” təşkilatına istinadən bombardman nəticəsində 50 nəfərin ölməsi, 120 nəfərin yaralanması barədə xəbər yayıb.

Nigeriya ordusunun generalı Laki İrabor bildirib ki, “Boko Haram” radikal qruplaşmasına qarşı əməliyyat zamanı Hərbi Hava Qüvvələri səhvən qaçqınlar düşərgəsinə və humanitar xidmətin ərazisinə bomba atıb.

Onun sözlərinə görə, bombardman nəticəsində “Sərhədsiz Həkimlər” və Beynəlxalq Qırmızı Xaç komitəsinin bir neçə əməkdaşı yaralanıb. General ölənlərin sayı barədə açıqlama verməyib.

S.B.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri