18 
Yan
2017
14:05
140
39
10331
Virtual karabakh

12 metrlik timsah turistlərə həyəcanlı anlar yaşatdı – VİDEO

18 Yan, 2017
14:05
10331

12 metrlik timsah turistlərə həyəcanlı anlar yaşatdı – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Florida ştatında təbiət parklarından birində maraqlı hadisə yaşanıb. 

Oxu.Az Telegraph-a istinadən xəbər verir ki, təbiət parkında gəzən turistlər yaşıllıqdan çıxıb yolun digər tərəfinə keçmək istəyən 12 metrlik timsahla qarşılaşıblar. 

Video “Facebook” sosial şəbəkəsində paylaşılandan sonra böyük marağa səbəb olub və 30000 istifadəçi tərəfindən paylaşılıb. 

Videonun müəllifi Kim Coyner etiraf edir ki, videonu çəkən zaman nəhəng timsahın önündən keçməsi onu “bir az” qorxudub.  

Videonun montajlanması barədə fikirlərə aydınlıq gətirən Coyner deyib ki, bu timsah onun həyatı boyu gördüyü ən böyük timsah olub və videoda heç bir montajdan söhbət gedə bilməz. 

İsmayıl Nur

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri