19 
Yan
2017
14:30
47
219
5276
Virtual karabakh

İtaliyada hotel qar altında qaldı – YENİLƏNİB

19 Yan, 2017
14:30
5276

İtaliyada hotel qar altında qaldı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtaliyanın Qran-Sasso dağ massivində yerləşən “Rigopiano di Farindola” hotelinin qar uçqunu altında qalması nəticəsində 30-a yaxın adam ölüb.

Oxu.Az bu barədə “Reuters” agentliyinə istinadən məlumat yayıb.

Daha öncə hotelin qar uçqunu altında qalması nəticəsində 20 nəfərin içəridə qaldığı bildirilirdi.
Hadisə yerinə gələn xilasedicilər faciə zamanı hoteldə olan və hadisəyə şahid olan iki zərərçəkənə yardım ediblər.

Latsio, Marke və Abrutso vilayətlərinin sərhədində 5,3 və 5,5 maqnitudalı üç yeraltı təkan olub. İtaliyanın mərkəzi rayonlarında qar örtüyünün qalınlığı 1-2 metr arasındadır. Qar təmizləməyə əlavə qüvvələr cəlb edilib, 250 min adam elektriksiz qalıb. 

09:54

İtaliyanın Qran-Sasso dağ massivində yerləşən Abrusso vilayətində qar uçqunu nəticəsində yerli “Rigopiano di Farindola” hoteli qarın altında qalıb. Hadisə baş verən zaman içəridə 20-dən çox insanın olduğu ehtimal edilir.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə “RaiNews” telekanalı məlumat yayıb.

Hazırda hadisə yerində xilasedicilər işləyir. Hotel müştəriləri və əməkdaşlarının telefonlarına zəng çatmır.

Peskara əyalətinin rəhbəri Antonio Di Marko insidenti “dəhşətli faciə” adlandırıb.

A.M.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri