19 
Yan
2017
16:30
82
18
1823
Virtual karabakh

Assanj ABŞ-a ekstradisiyadan imtina etdi

19 Yan, 2017
16:30
1823

Assanj ABŞ-a ekstradisiyadan imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“WikiLeaks”in təsisçisi Culiana Assanjın vəkilləri onun qoyduğu şərtlərin Amerika hakimiyyəti tərəfindən riayət edilmədiyi üçün ABŞ-a ekstradisiyadan imtina etdiyini bildiriblər. 

Oxu.Az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.

Məlumata görə, əgər Amerika hakimiyyəti “WikiLeaks”in məlumatçısı Çelsi Menninqi əfv etdiyi halda, Assanj ABŞ-a ekstradisiyaya razılaşacaqdı. ABŞ-ın hazırkı prezidenti Barak Obama Menninqin müddətini 2017-ci ilin yazına qədər azaldıb. 

“Heç şübhə yoxdur ki, prezident Obama Assanjın istədiyini etmədi. Assanj bəyan edib ki, Çelsi ümumiyyətlə təqib edilməməli, həbsxanada qalmamalı və dərhal azad edilməlidir”, - “WikiLeaks”in ABŞ-dakı nümayəndəsi Barri Pollak bildirib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri