19 
Yan
2017
17:23
51
164
2394
Virtual karabakh

Rusiyada Atçılıq klubu çöküb: Ölənlər var – YENİLƏNİB

19 Yan, 2017
17:23
2394

Rusiyada Atçılıq klubu çöküb: Ölənlər var – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İlkin məlumatlara görə, Rusiyada Novosibirsk vilayətinin Berdsk şəhərinin Atçılıq klubunun çökməsi nəticəsində biri uşaq olmaqla, iki nəfər ölüb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə xüsusi xidmətlərdə olan mənbə bildirib.

“İki nəfər ölüb, bir uşaq və bir böyük”, - agentliyin həmsöhbəti bildirib. Onun sözlərinə görə, daha iki nəfər xəsarət alıb.

Qəzanın baş verdiyi 500 kv.m-i əhatə edən ərazidə 100 xilasedici və 23 ədəd texnika cəlb edilib. Dağıntıların aradan qaldırılmasına dair işlər davam edir.

Məlumata görə, dağıntılar zamanı iki at tələf olub. 

16:14

Novosibirsk vilayətində Berdsk şəhərində Atçılıq klubu qismən çöküb.

Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə FHN-in Sibir üzrə regional mərkəzindən bildiriblər. 

Klub ərazisində hadisə zamanı insanlar ola bilərdi. Hadisə yerinə xilasedicilər cəlb edilib. 

İlkin məlumata görə, qəzanın baş verdiyi sahə 500 kv.m-i əhatə edir. Zərərçəkənlər haqqında məlumat dəqiqləşdirilir. 

FHN-in Sibir üzrə regional mərkəzində əməliyyat qərargahları yaradılıb, dağıntıları aradan qaldırmaq üçün 40-dan çox xilasedici və 15 ədəd texnika cəlb edilib. 
 
N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri