20 
Yan
2017
20:10
321
70
18354
Virtual karabakh

Tramp xanımı ilə Ağ Evə gəldi – FOTO + VİDEO

20 Yan, 2017
20:10
18354

Tramp xanımı ilə Ağ Evə gəldi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Vaşinqtonda ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasiminə hazırlıqlar başlanıb.

Oxu.Az APA-ya istinadən xəbər verir ki, Donald Tramp və həyat yoldaşı Melaniya Tramp artıq Ağ Evə daxil olub.

Burada onları Barak Obama və xanımı Mişel Obama qarşılayıb.

Qarşılanma mərasimində B.Obama D.Trampa “Sizi görmək çox xoşdur”,- deyə müraciət edib, təbriklərini çatdırıb.

Prezidentliyinin sonuncu günü B.Obama “Tvitter” hesabında “Sizlərin xidmətinizdə olmaq şərəfli işdir, sizlər mənə daha yaxşı lider və daha yaxşı insan olmaq imkanı verdiniz. Hər zaman bir vətəndaş olaraq yanınızda olacağam”,- deyə yazıb.

Qeyd edək ki, bu gün ABŞ-ın 45-ci prezidenti Donald Trampın andiçmə mərasimi keçiriləcək.

   

U.A.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri