21 
Yan
2017
22:23
56
115
2571
Virtual karabakh

ABŞ Astanaya nümayəndə heyəti göndərməkdən imtina etdi

21 Yan, 2017
22:23
2571

ABŞ Astanaya nümayəndə heyəti göndərməkdən imtina etdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın Qazaxıstandakı səfiri Corc Krol Astanada aparılacaq Suriya üzrə danışıqlarda Vaşinqtonu təmsil edəcək.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin bəyanatına əsasən, “Reuters” məlumat yayıb.

Bəyanatda qeyd olunur ki, Birləşmiş Ştatlar Astanada keçiriləcək görüşə ayrıca nümayəndə heyəti göndərməyəcək.

Danışıqlar Suriyadakı silahlı müxalifətin vahid nümayəndə heyəti və hökumət təmsilçilərinin iştirakı ilə yanvarın 23-də Qazaxıstanın paytaxtında aparılacaq. 

Görüşə BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Staffan de Mistura dəvət olunub.

U.A
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri