22 
Yan
2017
18:46
188
57
24382
Virtual karabakh

Saakaşvili Trampın inauqurasiya mərasimini “kolluqdan” izləyib – VİDEO

22 Yan, 2017
18:46
24382

Saakaşvili Trampın inauqurasiya mərasimini “kolluqdan” izləyib – VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Odessanın keçmiş qubernatoru Mixail Saakaşvili, Trampın inauqurasiyası zamanı Ukrayna telekanalları tərəfindən çəkilən görüntülərindən narazı qalıb.

Oxu.Az aznews.az-a istinadən xəbər verir ki, bu haqda o, öz Facebook səhifəsində paylaşım edib.

Siyasətçi iddia edir ki, şəkillər o, inauqurasiya mərasimini tərk edərkən çəkilib:

“Biz Ukrayna telekanallarına təklif etmişdik ki, Trampın inauqurasiyasına getməyimizi işıqlandırsınlar, ancaq bundan imtina etdilər. Lakin onlar mənim mərasimi tərk edərkən çəkilən qeyri-rəsmi şəkillərimi paylaşdılar”.

Bu şərhi ilə bərabər Saakaşvili jurnalistlərin yaydıqları foto və videonu “screen” edərək paylaşıb.

Siyasətçinin sözlərinə görə, bu materiallar sübut edir ki, “düşmənlər” ondan qorxurlar.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri