22 
Yan
2017
20:51
84
136
1801
Virtual karabakh

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 15-ə çatıb – YENİLƏNİB

22 Yan, 2017
20:51
1801

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 15-ə çatıb – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-da yanvarın 21-dən tüğyan edən qasırğa nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb.

Oxu.Az-ın APA-ya istinadla xəbərinə görə, bu barədə “The Weather Channel” məlumat verib.

Corciya ştatında qasırğa qurbanlarının sayı 11 nəfərə çatıb, 23 nəfər müxtəlif dərəcəli xəsarət alıb.

Təbii fəlakət ilə əlaqədar Missisipi ştatında fövqəladə vəziyyət elan edilib. Missisipi ştatının qubernatoru Fil Brayant qasırğa nəticəsində 50 nəfərin xəsarət aldığını bildirib.

Məlumata görə, təbii fəlakət həmçinin Luiziana, Alabama və Texas ştatlarında fəsadlar törədib.

20:13

Qasırğa ABŞ-ın Corciya ştatında 2 nəfərin ölümünə səbəb olub.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, bundan əvvəl Missisipi ştatında 4 nəfər qasırğanın qurbanı olub.

Qasırğa qurbanlarının hamısı Missisipi ştatının fövqəladə vəziyyət elan edilən Hattisberq şəhərinin sakinləri olub. Missisipi ştatında qasırğa ən azı 20 evi dağıdıb, ən azı 4 nəfər xəsarət alıb. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri