22 
Yan
2017
20:40
7
238
1404
Virtual karabakh

Yəməndə son sutka ərzində baş vermiş silahlı toqquşmalarda 66 nəfər ölüb

22 Yan, 2017
20:40
1404

Yəməndə son sutka ərzində baş vermiş silahlı toqquşmalarda 66 nəfər ölüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yəmənin qərbində husilərlə hərbçilər arasında son sutka ərzində baş vermiş silahlı toqquşmalarda 60-dan çox insan həlak olub.

Oxu.Az-ın Report-a istinadla məlumatına görə, qarşıdurmalar ölkənin qərbində qeydə alınıb. Bildirilir ki, Səudiyyə Əərbistanının başçılıq etdiyi ərəb koalisiyasının Moha şəhərinə endirdiyi hava zərbələri nəticəsində 66 nəfər həlak olub.

Bununla yanaşı, husilər və onların müttəfiqləri, eks prezident Əli Abdulla Salehinin tərəfdarları arasında ölənlərin sayı 52 nəfərə çatıb.

Silahlı toqquşmalara havadan da dəstək verilib. Əməliyyatlar zamanı hökumət qüvvələri də itki verib (14 ölü).

Qeyd edək ki, Yəməndə silahlı toqquşmalar 2014-cü ildən davam edir. 

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri