22 
Yan
2017
21:50
86
19
1478
Virtual karabakh

Avropada mədəniyyət abidələrinin oğurluğu ilə bağlı əməliyyat keçirilib – FOTO

22 Yan, 2017
21:50
1478

Avropada mədəniyyət abidələrinin oğurluğu ilə bağlı əməliyyat keçirilib – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avropanın ayrı-ayrı ölkələrində incəsənət əsərlərinin və mədəni-tarixi abidələrin oğurluğuna, habelə satışına qarşı mübarizə məqsədilə irimiqyaslı əməliyyat keçirilib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın Mülki Qvardiyası bildirib.

Məlumata görə, əməliyyat zamanı 75 nəfər saxlanılıb. Onlardan 3,5 mindən çox mədəniyyət abidəsi götürülüb.

Xəbərdə qeyd edilir ki, “Pandora” əməliyyatında Avropanın 18 ölkəsi, həmçinin, Avropol, İnterpol, YUNESKO, Ümumdünya Gömrük Təşkilatı iştirak edib. İspaniyanın hüquq-mühafizə orqanlarının məlumatına görə, tapılmış 3561 mədəni abidəsiinin yarısı arxeoloji tapıntılardır.

Saxlanılanların hansı ölkələrin vətəndaşı olmaları barədə məlumat verilmir.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri