22 
Yan
2017
22:10
459
18
3764
Virtual karabakh

Türkiyədə polis idarəsi və AKP-nin binasını atəşə tutan terrorçu məhv edilib

22 Yan, 2017
22:10
3764

Türkiyədə polis idarəsi və AKP-nin binasını atəşə tutan terrorçu məhv edilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvarın 20-də İstanbul Polis İdarəsi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutan terrorçu məhv edilib.

Oxu.Az-ın APA-ya istinadən verdiyi məlumata görə, DHKP/C terror təşkilatının üzvü olan Bilgehan Karpat xüsusi əməliyyat nəticəsində Təkirdağda öldürülüb.

Məlumata görə, terrorçu saxlanılan zaman müqavimət göstərib və atışma zamanı məhv edilib. B.Karpat Türkiyə Daxili İşlər Nazirliyinin təhlükəli terrorçular siyahısında yer alıb və başına 300 min lirə mükafat qoyulub.

Xatırladaq ki, bu gün polis İdarəsi və Ədalət və İnkişaf Partiyasının İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutmaqda şübhəli bilinən DHKP/C terror təşkilatının digər üzvü  Şerif Turunc saxlanılıb.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri