23 
Yan
2017
16:46
26
220
1669
Virtual karabakh

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatdı – YENİLƏNİB

23 Yan, 2017
16:46
1669

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hindistanda qatarın relsdən çıxması nəticəsində ölənlərin sayı 41 nəfərə çatıb. Hadisə nəticəsində 68 nəfər yaralanıb. 

Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi polisə istinadən İANS agentliyi məlumat yayıb. 

Daha öncə 39 nəfərin öldüyü və 50 yaralının olması haqqında məlumat yayılmışdı. 

Bazar gününə keçən gecə Hindistanın Orissa və Andhra-Pradeş ştatlarının sərhədində lokomotiv və 22 vaqonun səkkizi relsdən çıxıb. Qatar Caqdalpur şəhərindən Bxubaneşvar şəhərinə gedirdi.  

Bazar ertəsi hadisə yerində daha iki nəfərin cəsədi aşkar edilib. “Hindistan dəmir yolu”nda mümkün təxribata dair material toplamaq üçün Hindistanın Milli Araşdırma Agentliyinin əməkdaşları hadisə yerində olublar. Qəzanın səbəbləri indiyə qədər müəyyənləşdirilməyib. 

10:06

Hindistanın Andhra-Pradeş ştatında qatarın relsdən çıxması nəticəsində ən azı 39 nəfər ölüb və onlarla adam yaralanıb. 

Oxu.Az bu barədə BBC-yə istinadən xəbər verir. 

Məlumata görə, Kuneru stansiyası yaxınlığında lokomotiv ilə birgə doqquz vaqon relsdən çıxıb. 

Qəza şənbə günü gecə baş verib. Ölənlərin sayının artacağı istisna edilmir. Qatarın qəzaya uğrama səbəbləri məlum deyil. 

Zərərçəkənlər yaxınlıqda yerləşən iki xəstəxanaya çatdırılıblar. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri