23 
Yan
2017
11:29
3
158
1796
Virtual karabakh

Bişkekdə təyyarə qəzasında ölənlərin sayı 39-a çatdı

23 Yan, 2017
11:29
1796

Bişkekdə təyyarə qəzasında ölənlərin sayı 39-a çatdı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bişkekdə “Boeing 747” yük təyyarəsinin qəzaya uğraması nəticəsində ölənlərin sayı 39-a çatdı.

Oxu.Az xəbər verir ki, bu barədə TASS Qırğızıstan Səhiyyə Nazirliyinə istinadən xəbər verir. 

“Travmatologiya və ortopediya Elmi-tədqiqat mərkəzində 29 yaşlı Sağınbek Rahmanov ölüb. O, xəstəxanaya hadisə yerindən gətirilmişdi”, - mərkəzdən bildiriblər. 

Mərkəzin əməkdaşlarının sözlərinə görə, ölümə səbəb zərərçəkənin aldığı çoxsaylı yanıq xəsarətləri olub. 

“Əməkdaşlarımız əlindən gələn hər şeyi ediblər, amma xəstəni xilas etmək mümkün olmayıb”, - Səhiyyə Nazirliyindən bildiriblər. 

“Hazırda Bişkekin xəstəxana və klinikalarında təyyarə qəzasından zərərçəkən 10 nəfər var”, - nazirlikdən qeyd ediblər. 

Honqkonq-Bişkek marşrutu üzrə hərəkət edən Türkiyənin şirkətlərindən birinə məxsus “Boeing” Qırğızıstanın paytaxtının Manas aeroportu yaxınlığında eniş edərkən qəzaya uğrayıb. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri