23 
Yan
2017
16:18
75
154
1643
Virtual karabakh

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 20-yə çatdı – YENİLƏNİB

23 Yan, 2017
16:18
1643

ABŞ-da qasırğa nəticəsində ölənlərin sayı 20-yə çatdı – YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın bir sıra ştatlarında tüğyan edən güclü qasırğa, tornado və daşqınlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə CNN teleşirkəti məlumat yayıb.

Məlumata görə, Kaliforniyada daha iki nəfərin cəsədi aşkar edilib.

Təbii fəlakətin qurbanı Kaliforniyanın Mendosino dairəsinin sakini olub, gecə saatlarında onun evinin üstünə ağac aşıb. Daha bir nəfərin cəsədi San-Dieqo dairəsində aşkar edilib. Bir uşaq daxil olmaqla üç nəfər itkin düşüb. 

12:59

ABŞ-ın cənubi-şərqində tüğyan edən qasırğa 18 nəfərin ölümünə səbəb olub.

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.

ABŞ-ın prezidenti Donald Tramp Corciya, Florida və Alabama ştatlarında qasırğa və leysan yağışlardan zərərçəkənlərə federal yardım vəd edib.

Missisipi qubernatoru Fil Brayant ştatda fövqəladə vəziyyət elan edib, bu ştatda 50-dən çox adam müxtəlif dərəcəli xəsarətlər alıb. Təbii fəlakət Luiziana, Alabama və Texas ştatlarına da təsir edib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri