23 
Yan
2017
14:14
303
13
1668
Virtual karabakh

Türkiyə hərbçiləri Suriyada İŞİD-in 65 yaraqlısını məhv edib

23 Yan, 2017
14:14
1668

Türkiyə hərbçiləri Suriyada İŞİD-in 65 yaraqlısını məhv edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahı keçən sutka ərzində Suriyanın şimalında “Ərəfat qalxanı” əməliyyatı çərçivəsində “İslam dövləti” (İŞİD) terror qruplaşmasının 65 yaraqlısını məhv etdiyi barədə məlumat yayıb. 

Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir. 

“Hərbi Hava Qüvvələri tərəfindən Əl-Bab və Bzaqa rayonlarında endirdirilən aviazərbələr nəticəsində İŞİD-in 14 obyekti, o cümlədən 7 sığınacaq, 6 qərargah və bir silahla təchiz edilmiş nəqliyyat vasitəsi məhv edilib. İŞİD-in 65 yaraqlısı zərərsizləşdirilib”, - Türkiyənin Baş Qərargahından RİA Novosti-yə verilən məlumatda deyilir. 

Məlumata görə, beynəlxalq koalisiya Tadif, Abu Cabbar və Uvayaşiya rayonlarında üç hava əməliyyatı keçirib. Əməliyyat zamanı İŞİD-in nəqliyyat vasitələri, tank və minaatanları məhv edilib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri