23 
Yan
2017
11:58
123
13
1600
Virtual karabakh

Astanada Suriya üzrə danışıqlara start verildi

23 Yan, 2017
11:58
1600

Astanada Suriya üzrə danışıqlara start verildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxıstanın paytaxtında Suriyada vəziyyətin nizamlanmasına dair danışıqlar başlayıb. Suriya müxalifəti yalnız atəşkəsə riayəti müzakirə etməyə hazır olduğunu bəyan edib. 

Oxu.Az xəbər verir ki, bu barədə “Reuters”ə müxalifət heyətinin nümayəndəsi Yahya ək-Aridi bildirib. 

“Biz siyasi müzakirələr aparmayacağıq”, - əl-Aridi bildirib. 

Astanada görüş Bakı vaxtı ilə saat 10:00-da başlayıb. Bununla yanaşı, Dəməşq və Suriya müxalifəti heyətlərinin birbaşa danışıqlarının formatı, eləcə də yekun sənədin layihəsi müəyyənləşdirilməyib. 

Qazaxıstan XİN rəhbəri Roman Vasilenkonun sözlərinə görə, Suriya müxalifəti Astana danışıqlarında vahid lider və ümumi strategiyaya malik deyil. “Burada 15-ə yaxın müxalifət qrupu var. Bu, keçən ilin dekabr ayının sonunda Rusiya və Turkiyənin vasitəçiliyi ilə əldə edilmiş atəşkəs rejimini ümumilikdə dəstəkləyən qruplardır. Başa düşdüyüm qədər Suriya silahlı müxalifəti heyətinin rəhbəri müəyyənləşdirilməyib, amma burada iştirak edən qrupların nümayəndələri var”, - qeyd edən diplomat iştirak edənlərdən heç kəsin ümumilikdə müxalifət adından danışmağa səlahiyyəti olmadığını əlavə edib. 

Vasilenkonun sözlərinə görə, danışıqlar ətrafında vəziyyət mürəkkəbdir, amma dialoqun baş tutacağı şansı var. 

Astanada danışıqlarda Suriya hökuməti və müxalifəti, Rusiya, Türkiyə, İran və ABŞ-ın nümayəndələri, eləcə də NATO-nun Suriya üzrə xüsusi səfiri Steffan de Mistura işitrak edir. Danışıqların Astanada keçirilməsi təşəbbüs ilə daha öncə Rusiya çıxış edib. İdeyanı Türkiyə və İran dəstəkləyib. 

N.O.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Dünya xəbərləri